2019-06-03
“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Komandamız Elvin Camalovla anlaşıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb. Camalov daha əvvəl “Qəbələ”də forma geyinib. Elvin həmçinin Azərbaycanın müxtəlif yaş qrupu üzrə milli komandalarının da şərəfini qoruyub.
“Zirə”nin yeni transferi Elvin Camalovun mətbuat xidmətinə müsahibəsi:
“İlk olaraq futbolçu kimi inkişaf etməyimdə əməyi olan “Qəbələ” Futbol Akademiyasına, məşqçilər korpusuna və klub rəhbərliyinə təşəkkür edirəm. Çox sevinirəm ki, bu komanda ilə Azərbaycan kubokunu qazanıb, titulla ayrıldım. İndi isə iddialı “Zirə” ilə 2 illik müqavilə bağladığıma görə şadam. Bu komanda ilə yeni uğurlar qazanmağa çalışacam. Karyeramda yeni səhifə açılır. Mənə inanıb dəvət etdiklərinə görə “Zirə”yə təşəkkür edirəm. Bu inamı doğrultmağa çalışacam”.
2022-05-08
Komandamızın baş məşqçisi Rəşad Sadıqovun "Qarabağ" - "Zirə" (0:0) oyunu haqqında fikirləri
2022-04-30
Komandamızın baş məşqçisi Rəşad Sadıqovun "Neftçi" - "Zirə" (0:0 pen: 2:4) oyunu haqqında fikirləri
2022-04-30
Azərbaycan Kuboku 1/2 final mərhələsi cavab oyunu: "Neftçi" - "Zirə" (2:4) oyununun video icmalı
2022-04-16
Komandamızın baş məşqçisi Rəşad Sadıqovun "Zirə" - "Səbail" (2:1) oyunu haqqında fikirləri